“Biz bir addım öndəyik” - Luis Enrike final öncəsi meydan oxudu

UEFA Çempionlar Liqasının finalında sabah İngiltərənin "Arsenal" klubu ilə qarşılaşacaq Fransanın PSJ komandasının baş məşqçisi Luis Enrique matç öncəsi iddialı açıqlama verib.

Sherg.az xəbər verir ki, ispan mütəxəssis bildirib ki, finalda aşkar favorit yoxdur, lakin motivasiya baxımından PSJ bir addım öndədir: ""Arsenal" üçün ilk Çempionlar Liqasını qazanmaq böyük motivasiyadır. Amma ardıcıl ikinci dəfə kuboku qazanmağa çalışmaq daha güclü motivasiyadır. Yəni biz bir addım öndəyik”.

Enrike rəqiblərini yaxşı tanıdıqlarını vurğulayaraq, həm hücumda, həm də müdafiədə daha yüksək səviyyə göstərəcəklərinə inandığını deyib. O, final matçlarında xırda detalların həlledici rol oynadığını qeyd edib.

Baş məşqçi həmçinin komandasının bu mövsüm keçirdiyi oyunlardan razı qaldığını bildirib. Onun sözlərinə görə, "Liverpul", "Bavariya" və "Çelsi" kimi güclü rəqiblərə qarşı nümayiş etdirilən performans PSJ-nin hansı səviyyədə komanda olduğunu göstərib