Brahim Diaz "Milan"a qayıda bilər

İspaniyanın “Real Madrid” klubunun yarımmüdafiəçisi Brahim Diaz yay transfer pəncərəsində İtaliyaya qayıda bilər.

Teleqraf xəbər verir ki, İtaliya təmsilçisi “Milan” mərakeşli futbolçunu yenidən heyətinə qatmaqda maraqlıdır.

“Rossonerilər” 26 yaşlı oyunçunun transferini reallaşdırmaq şanslarının olduğuna inanırlar. Daha əvvəl İngiltərənin “Liverpul” klubunun da Brahim Diazla maraqlandığı bildirilirdi.

Yan Diomandenin “Real Madrid”ə mümkün transferi Brahim Diazın komandadakı gələcəyinə təsir göstərə bilər. İspaniya klubu futbolçu üçün sərfəli təklif alacağı halda onun satışını nəzərdən keçirə bilər.

Qeyd edək ki, Brahim Diaz 2020-2023-cü illərdə icarə əsasında “Milan”da çıxış edib. Onun “Real Madrid”lə müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədədir.

Mərakeşli yarımmüdafiəçi 2025/2026 mövsümündə Madrid təmsilçisinin heyətində bütün turnirlər üzrə 42 oyuna çıxıb, 2 qol vurub və 9 məhsuldar ötürmə edib.