"Mançester Siti" klubunun futbolçusu Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb.
"Report" "Opta"ya istinadən xəbər verir ki, hücumçu buna VII turda "İpsviç"ə qalib gəldikləri (3:2) matçda dubl etməklə nail olub.
Norveçli forvard Premyer Liqada penaltilər istisna olmaqla 100 qol həddinə ən tez çatan oyunçu ünvanına sahib çıxıb.
O, çempionatdakı 139-cu matçında bunu bacarıb. Bu isə turnir tarixindəki ən sürətli göstəricidir.
Xatırladaq ki, "Mançester Siti" hazırda 21 xalla Premyer Liqanın lideridir.