FİFA “Qarabağ” futbol klubuna transfer qadağası tətbiq edib.
Sherg.az Publika.az-a istinadən xəbər verir ki, qərara əsasən, komanda növbəti üç transfer pəncərəsi ərzində yeni oyunçu qeydiyyata ala bilməyəcək.
Qadağanın səbəbləri hələlik açıqlanmayıb.
Qeyd edək ki, FİFA “Neftçi”yə də eyni qadağanı tətbiq etmiş, lakin sonradan bu qərar ləğv olunmuşdu.