Hakan Çalhanoğlu zədələndi

İtaliya təmsilçilərindən “İnter”in türkiyəli futbolçusu zədələnib.

Teleqraf xəbər verir ki, “İnter”in türk yarımmüdafiəçisi Hakan Çalhanoğlu "Udineze" ilə qarşılaşmanı (5:3) buraxıb.

Insayder Nikolo Skiranın məlumatına görə, 32 yaşlı futbolçu əzələ zədəsi səbəbindən meydana çıxmayıb.

Çalhanoğlunun yaxın günlərdə tibbi müayinədən keçəcəyi və bundan sonra durumunun dəqiqləşəcəyi bildirilib.

Qeyd edək ki, Türkiyə millisinin üzvü bu mövsüm A Seriyasında 3 oyunda 2 qol vurub.