"Bizim üçün çox vacib oyundur".
Oxu.Az xəbər verir ki, bunu 2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - İslandiya oyunundan əvvəl qonaq komandanın baş məşqçisi Arnar Qunnlauqsson deyib.
O bildirib ki, səbirsizliklə bu oyunu gözləyirlər:
"Azərbaycana ilk səfərimizdir. Bakı çox gözəl şəhərdir. Seçmə mərhələdə son oyunumuz Ukrayna millisinə qarşıdır. Bu səbəbdən də bu oyunumuz bizim üçün çox vacibdir. Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, saat 21:00-da start götürəcək Azərbaycan - İslandiya oyunu noyabrın 13-də "Palms Sports Arena"da (8-ci km stadionu) keçiriləcək.