İsveç millisinin baş məşqçisi istefaya göndərildi

İsveç millisinin baş məşqçisi Jon Dal Tomassonistefaya göndərilib.

QOL.az xəbər verir ki, bu barədə İsveç Futbol Federasiyası məlumat yayıb.

49 yaşlı danimarkalı ilə müqaviləyə xitam verilməsinə səbəb DÇ-2026-nın seçmə mərhələsindəki qeyri-qənaətbəxş nəticələr olub.

Tomasson 2024-cü ilin martından bu komandanı çalışdırırdı.Onun rəhbərliyi altında milli 18 oyun keçirib, 9 qələbə qazanıb, 2 heç-heçə edib və 7 məğlubiyyət alıb.

Xatırladaq ki, dünən İsveç Kosovoya 0:1 hesabı ilə uduzub.