“Neftçi” Azərbaycan millisinin sabiq üzvü ilə yolları ayırdı

“Neftçi” PFK ilə futbolçu Elvin Camalov arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Teıeqraf xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 2025-ci ilin yanvarında “Neftçi”yə transfer olunmuş Elvin bu müddətdə komandanın heyətində 29 rəsmi oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə edib.