Osimhen inandırdı, “Qalatasaray” transferi tamamladı: Leao İstanbula gəlir

“Qalatasaray”da uzun müddətdir gözlənilən cinah transferi ilə bağlı komandanın ulduz futbolçusu Viktor Osimhen də prosesə qoşulub. Rafael Leaonun transferi ilə bağlı futbolçu və onun klubu “Milan”la rəsmi danışıqlara başlanıldığı açıqlanıb.

Sherg.az xəbər verir ki, Trendyol Super Liqasının 3-cü turunda “Göztəpə” ilə qarşılaşacaq “Qalatasaray”da hazırlıqlar davam edərkən, klub transfer çalışmalarını da sürdürür.

Hücum xəttini gücləndirmək istəyən İstanbul təmsilçisinin yay transfer pəncərəsinin əvvəlindən gündəmində “Milan”ın portuqaliyalı ulduzu Rafael Leao olub.

“Qalatasaray” rəhbərliyinin uzun müddətdir həyata keçirməyə çalışdığı transferə Viktor Osimhendən dəstək gəlib.

Sacha Tavolierinin məlumatına görə, Osimhen yaxın dostu olan Leao ilə telefonla danışaraq onu “Qalatasaray”ı seçməyə inandırmağa çalışıb.

Nigeriyalı hücumçunun səyləri nəticə verib və “Qalatasaray” transferlə bağlı rəsmi açıqlama yayıb.

Klubun rəsmi “X” hesabında bildirilib:

“Peşəkar futbolçu Rafael Alexandre da Conceição Leao-nun transferi ilə bağlı futbolçu və onun klubu AC Milan SPA ilə rəsmi danışıqlara başlanılıb.”

Portuqaliyalı futbolçunun saat 16:00 radələrində İstanbulda olması gözlənilir.

Leao 2019-cu ildə Fransanın “Lill” klubundan “Milan”a transfer olunub. O, İtaliya klubunun A Seriyası çempionluğu və İtaliya Superkubokunu qazanmasına kömək edib.

Sol cinahda çıxış edən futbolçu ötən mövsüm A Seriyasında 29 oyunda 9 qol vurub və 3 məhsuldar ötürmə edib.