“Qalatasaray” UEFA Çempionlar Liqasının pley-off mərhələsində öz evində "Yuventus" üzərində 5:2 hesablı qələbə qazanıb.
Sherg.az xəbər verir ki, İstanbulda, RAMS Park stadionunda keçirilən matçda "sarı-qırmızılılar" cavab oyunu öncəsi ciddi üstünlük əldə edib.
Bu nəticə ilə “Yuventus” 1959-cu ildən sonra ilk dəfə Avropa kuboklarının pley-off mərhələsində qapısında 5 qol görüb.
Cavab qarşılaşması 25 fevralda İtaliyada keçiriləcək.