İspaniya La Liqa təmsilçilərindən “Real Madrid” və İspaniya millisinin sabiq hücumçusu Xoselu yeni klub axtarır.
Teleqraf “Fichajes”ə istinadən xəbər verir ki, Xoselunun xidmətləri “Valensiya”ya təklif olunub.
Daha əvvəl ispaniyalı hücumçu ilə “Ayntraxt Frankfurt” və “Union Berlin”in maraqlandığı bildirilmişdi.
36 yaşlı futbolçu ötən mövsümün sonunda Qətərin “Əl-Qarafa” klubundan ayrılaraq azad agentə çevrilib.
Xoselu iki il “Əl-Qarafa”da çıxış edib. O, daha əvvəl “Real Madrid”, “Espanyol”, “Alaves”, “Nyukasl”, “Stok Siti” və “Hannover” kimi klubların formasını geyinib.