“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub

UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda “Sabah” və Almaniyanın “Borussiya Dortmund” komandası arasında keçiriləcək III tur oyununa hakim təyinatları açıqlanıb.

UEFA-nın rəsmi saytının bildirdiyinə görə, görüşü İspaniyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Xavyer Alberola Roxas olacaq. Ona yan xətt hakimləri Alfredo Rodriges Moreno və Karlos Alvares Fernandes kömək edəcəklər. Dördüncü hakim funksiyasını Viktor Qarsiya Verdura yerinə yetirəcək. VAR hakimi Sesar Soto Qrado, onun köməkçisi isə Valentin Qomes olacaq.

Xavyer Alberola Roxas 1991-ci ildə Syudad-Real şəhərində dünyaya gəlib. O, 2022/2023 mövsümünün sonunda beynəlxalq hakim statusu və FİFA nişanı əldə edib. İspaniya çempionatının Birinci Divizionunda 171-dən çox oyunu idarə edib. 2024/2025-ci mövsümündə UEFA tərəfindən Amerika Libertadores Kubokunun oyunlarını idarə etmək üçün seçilib.

2020/2021-ci mövsümündə MARCA qəzeti tərəfindən mövsümün ən yaxşı hakiminə verilən “Qurusetа” mükafatına layiq görülüb. O, 2023/2024 və 2024/2025-ci mövsümlərinin sonunda da bu mükafatı qazanaraq ümumilikdə üçüncü dəfə həmin təltifə sahib olub.

Qeyd edək ki, oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:45-də start götürəcək.