Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Turan Tovuz” növbəti yoxlama matçına çıxıb.
Teleqraf xəbər verir ki, Kurban Berdıyevin komandası Türkiyə I Liqa təmsilçisi “Fatih Karagümrük”lə qarşılaşıb.
Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Tovuz təmsilçisinin yeganə qolunu İbrahima Vadji vurub.
Qeyd edək ki, “Turan Tovuz” ilk yoxlama oyununda İranın U-21 millisindən də eyni hesablı heç-heçə ilə ayrılmışdı.