“Uçan əsgər” dünyanı sarsıtdı: Sürəti saatda 188 kilometrə çatır - FOTOLAR 


 Fransada Bastilya Gününün qeyd edilməsi “uçan əsgər”in nümayişi ilə günə damğa vurub.Hamının gözü qarşısında havalanan “Uçan adam”  “Zapata” adlı şirkətin CEO-su Franky Zapata  idi.  Zapata, “Champs-Elysees” bulvarında təşkil edilən mərasimdə öz icadı ilə uçub. Onun əlində boş bir tüfəng vardı. Texnikanın sürəti isə saatda 188 kilometrə çatır.






Sherg.az türk mediasına istinadən xəbər verir ki, 40 yaşlı CEO-nun göstərdiyi yeniliyi Fransa Prezidenti Emmanuel Makron, Almaniya Baş naziri Angela Merkel və digər Avropalı liderlərin də qatıldığı mərasimdə maraqla  izlənildi.
Fransa müdafiə naziri Florence Parly, xüsusi birliklərin havada 10 dəqiqə qala bilən “uçan əsgər”lə maraqlandığını söyləyib.Nazir  Amerikanın CNN televiziyasına verdiyi açıqlamada “uçan əsgər”in hücum vasitəsi olaraq, ya da başqa məqsədlərdə istifadə edilə biləcəyini ifadə edib.
Makron, Twitterdə “uçan əsgər” videosunu "Yenilikçi və müasir ordumuzla qürur duyuram" qeydiylə paylaşıb.Makronun mesajına verilən cavablarda isə "Ordunu inkişaf etdirdiyi bir şey deyil, tək bir adamın cəhdidir"  qeydləri yer alıb. Zapatanın “Flyboard Air” adını verdiyi texnika, “Gələcəyə Dönüş” filmindəki uçan texnikaya bənzəyir.