Daşkəsəndə ölü atları dirəkdən asdı - TUTULDU


Daşkəsən rayonunun Xoşbulaq qəsəbəsində atların öldürülərək dirəkdən asılması ilə bağlı internet saytlarında və sosial şəbəkələrdə yayılan fotoşəkillərlə əlaqədar Daşkəsən rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 258-ci (“Qanunsuz ov etmə”) maddəsi ilə cinayət işi açılıb.
Lent.az -a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, rayon Polis Şöbəsində aparılan araşdırmalar nəticəsində, hadisəni törədən Xoşbulaq qəsəbə sakini, 36 yaşlı Rafiq Allahyarov saxlanılıb.
Məlum olub ki, bu ilin mart ayında qəsəbə sakini Zabil İbrahimova məxsus atları canavarlar parçaladıqdan sonra onun həmyerlisi Rafiq Allahyarov adıçəkilən yırtıcı heyvanları cəlb edib məhv etmək məqsədilə ölmüş atların cəsədlərini dirəkdən asıb.