Yeni ilin ilk körpəsi bu rayonda doğuldu

2020-ci ildə Elektron Səhiyyə sistemində ilk doğulan körpə kimi qeydiyyata düşən uşaq 4 nömrəli doğum evində qeydə alınıb.

Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, saat 00:48-də Ucar rayon Qazıqumlaq kənd sakini Qarayeva Rəşidə qız uşağı dünyaya gətirib.

Yeni ilin ilk körpəsinin çəkisi 2,7 kq, boyu isə 50 sm-dir.