Son dəqiqə: Ərdoğan Trampla danışdı 



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Donald Trampla telefonla danışıb. Sherg.az  türk mediasına istinadən xəbər verir ki, liderlər iki tərəfli münasibətlərlə yanaşı, Liviya və Suriyadakı son vəziyyəti müzakirə ediblər.

Ərdoğan danışıqlarda İraqda Amerika təhlükəsizlik qüvvələrini hədəfə alan olayları narahatlıqla izlədiklərini ifadə edərək, ABŞ səfirliyinə istiqamətli hərəkətlərin sona çatmasından  məmnunluğunu bildirib.

Turan