“Süleymani işi” böyüyür - NATO İraqdakı hərbi təlimləri dayandırdı

NATO ABŞ hava hücumlarından sonra ölkədə artan qeyri-sabitlik səbəbindən İraqdakı hərbi təlim işini dayandırıb.

TASS-ın yaydığı xəbərə görə, alyansın qərargahı bu qərarı “ABŞ-ın hava hücumlarından sonra ölkədə sabitliyin pozulmasının güclənməsi” ilə izah edib.

Xəbərdə bilidirilir ki, NATO-nun İordaniyadakı təlimçiləri 2015-ci ildən bəri İraq zabitlərinə təlim keçirlər. Hazırda NATO-nun İraqdakı hərbi təlimlərdə NATO ölkələri və tərəfdaş ölkələrdən, xüsusilə İsveç və Finlandiyadan 500-ə yaxın təlimatçı və məsləhətçi var.

Qeyd edək ki, yanvarın 3-də ABŞ hücumu nəticəsində SEPAH generalı Qasım Süleymani öldürülüb. Bu, bölgədə gərginliyin daha da artmasına səbəb olub.