NATO-nun fövqəladə iclası çağırıldı - Yaxın Şərqdə vəziyyət gərginləşib


NATO-nun baş katibi Yens Stoltenberq İran generalı Qasım Süleymaninin İraqda həlak olmasından sonra Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar təcili surətdə Şimali Atlantika Şurasının iclasını keçirmək barədə qərar qəbul edib.

“Report” xəbər verir ki, bu barədə alyansın nümayəndəsinə istinadən DPA agentliyi bildirib.