Novruz bayramında əfv olacaq? - Komissiya üzvü danışdı - ÖZƏL

Adətən Novruz bayramı ərəfəsində dövlət başçısı İlham Əliyev əfv sərəncamı imzalayır. Təbii ki, bu il də yüzlərlə məhbus əfv olunacağı, ailəsinə qovuşacağı günü gözləyir.

Lakin bu il əfvin olub-olmayacağı ilə bağlı hələ ki, dəqiq məlumat yoxdur.

Prezident yanında Əfv Komissiyasının üzvü, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Sherg.az-a bildirib ki, sərəncam Prezidentin səlahiyyətində olan məsələdir:


"Hələ ki, bu haqda danışmaq tezdir. Yəqin ki, Novruz bayramına az müddət qalmış daha dəqiq məlumat verə bilərik. Komissiya isə işləyir, mütəmadi olaraq müraciətlərə baxılır".

Qeyd edək ki, Komissiyanın digər üzvü, hüquq müdafiəçisi Əliməmməd Nuriyev isə yerli mediaya açıqlamasında deyib ki, Novruz bayramında əfv sərəncamının olacağı gözlənilir. 

Kənan Novruzov