Elza Seyidcahanın deputatlığa namizədliyi qeydə alındı - FOTO

Əməkdar artist Elza Seyidcahanın növbədənkənar parlament seçkiləri üçün namizədliyi qeydə alınıb.  Sherg.az-ın xəbərinə görə, müğənni “İnstagram” hesabında “qeydiyyat vəsiqəsinin” fotolarını paylaşıb. 

Seyidcahanın namizədliyini 54 saylı Şabran-Siyəzən seçki dairəsindən irəli sürüb.  

Qeyd edək ki, Əməkdar artist Elza Seyidcahanla yanaşı ATV-nin məşhur aparıcısı Aytən Səfərova 87-ci saylı Ağsu-İsmayıllı seçki dairəsindən, aktrisa Könül Yusifqızı Abşeron rayonunun 45 saylı seçki dairəsindən namizədliyini irəli sürülüb.  

Ölkə ərazisində növbədənkənar parlament seçkiləri fevralın 9-da baş tutacaq.