Bakıda sürüşmədən sonra bu yol bağlandı - DİQQƏT

Xəbər verdiyimiz kimi, Bakının Səbail rayonunda yenidən sürüşmə hadisəsi baş verib.

Səbail Rayon İcra hakimiyyətindən Trend-ə bildirilib ki, hadisə nəticəsində Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətində olan yol bağlanıb.

Aidiyyəti qurum əməkdaşları hadisə yerindədir.

Qeyd edək ki, hadisə nəticəsində Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətində olan yol bağlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov jurnalistlərə açıqlamasında bildirib ki, eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi magistral avtomobil yoluna doğru hərəkət edib