Gözəl Şahməmmədova Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Ümumi şöbəsinin müdiri təyin edilib.
Bu barədə yanvarın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb.
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Gözəl Rəşadət qızı Şahməmmədova Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Ümumi şöbəsinin müdiri təyin edilsin", - sərəncamda qeyd edilib.
Gözəl Şahməmmədova bu təyinata qədər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Təltif və kadrlarla iş sektorunun müdiri vəzifəsində çalışıb.