Tramp üçün geri sayım başladı: "Seçim etmək məcburiyyətindədirlər"


ABŞ Nümayəndələr Palatasının demokrat rəhbəri Nancy Pelosi, prezident Donald Trampın impiçiment məsələsinə dair iki maddəni gələn həftə Senata göndərəcəklərini söyləyib.
Sherg.az xarici mediayaya istinadən xəbər verir ki, Pelosi Nümayəndələr Palatası tərəfindən qəbul edilən Trampın impiçiment məsələsinə dair demokrat vəkillərə bir məktub göndərib.

Məktubda, demokrat vəkillərin impiçiment məsələsinə göstərmiş olduğu "cəsarətli və vətənpərvər" rəftarlarından dolayı qürur duyduğunu ifadə edən Pelosi, artıq Trampın günahlandırıldığı "vəzifəsindən sui-istifadə etmək" və "Konqresin işinə maneə törətmək" maddələri mövzusunda sözün senatorlarda olduğunu qeyd edib.
Digər yandan Trampun impiçiment məsələsinə dair iki maddənin gələn həftə Senata göndəriləcəyini bildirən Pelosi, "Hər senator, konstitusiya və qaydalar daxilində tərəfsiz bir ədalət təmin etmək üçün and içməkdədir. Hər senator, indi bir seçim etmək məcburiyyətindədir. Ya prezidentə sadiq olacaqlar, ya da konstitusiyaya" deyə bildirib.

Turan