ŞOK İDDİA: Yer kürəsi altıncı kütləvi yox olma ilə üz-üzədir – BMT-dən çağırış – İlginc fotolar


Ekosistemləri bərpa etmək üçün dayanıqlı bir siyasət qurmaq lazımdır. Bu, Çinin Kunminq şəhərində 2020-ci ilin oktyabrına BMT-nin Bioloji Müxtəliflik Konvensiyasının (BMK)planlaşdırdığı Tərəflərin 15-ci Konfransının (COP15) əsas missiyasıdır. Konfransa qatılacaq ölkələrin apardığı  beynəlxalq müzakirələr qlobal bir yol xəritəsinə səbəb olmalıdır.

“Sherg.az” “Lefigaro.fr”ə istinadən xəbər verir ki, bu danışıqların bir preambulası olaraq, BMK iddialı bir təklif də daxil olmaqla on yeddi hədəflə bağlı mətnin ilk variantını açıqlayıb. Başlıca hədəf odur ki, 2030-cu ilə qədər planetin ən azı üçdə birini - quru və dənizi qorumaq lazımdır. Məqsəd 2030-cu ilə qədər biomüxtəlifliyin itirilmə sürətini sabitləşdirmək, sonra ekosistemlərin bərpasına imkan verməklə bu biomüxtəlifliyin 2050-ci ildə yenidən artacağını təmin etməkdir. Bu barədə “COP15” sənədinə cavabdeh olan tədqiqatçısı Aleksandr Rankovic bildirib. 

Ötən ilin 6 mayında BMT-də biomüxtəlifliyə dair beynəlxalq ekspert qrupu olan Biomüxtəliflik və Ekosistem Xidmətləri üzrə Hökumətlərarası Elmi və Siyasi Platforması (IPBES) tərəfindən şok rəqəm açıqlanıb.

Qeyd olunur ki, 8 növ, heyvan və tərəvəzdən biri  qısa müddətdə yox olmaq riski ilə üz-üzədir.Eyni zamanda həmin hesabatda yerin ətraf mühitinin 75 faizininin insan fəaliyyəti nəticəsində ciddi şəkildə dəyişdirildiyi bildirilib. Soial media istifadəçilərinin 78 faizi bu məsələ ilə bağlı həyəcan təbili çalıb. 

Amerikanın “Science Advances” jurnalının  ekoloqu Jerardo Seballos   və digər ekoloq Pol Ehrlişinin  apardığı araşdırmada qeyd olunur ki, yer kürəsi altıncı kütləvi yox olma ilə üz-üzədir.

Sonuncu hadisə 65 milyon il əvvəl baş verib və həmin vaxt dinozavrların məhv olduğu iddia olunur. Alimlər bioloji müxtəlifliyin eroziyasının altıncı möhtəşəm fenomeninin səbəblərini də izah ediblər. Həmin səbəbə ilk növbədə şəhərləşmənin təsiri altında yaşayış yerlərinin deqradasiyası daxildir. Sonra brakonyerlərin artması, çirklənmənin yüksəlməsi, xəstəliklərin yayılması və iqlim dəyişikliyinin baş verməsi yer kürəsini həddindən artıq korlayıb. 

Digər tədqiqatçı Robertes Vatson da bəyan edib ki, bütün canlılar kimi insnaların da sıslı olduğu ekosistemlərin sağlamlığı daha tez pisləşir: “Ərzaq təhlükəsizliyimiz, sağlamlığımızı və həyat keyfiyyətimizi məhv edirik. Lakin, hərəkətə keçmək gec deyil. Yalnız indi bütün səviyyələrdə lokaldan qlobaladək bütün səviyyələrəd işə başlamaq gərərkir"