Son həftələrdə bütün dünya ölkələrində kəskin qrip virusu yayılmağa başlayıb. Fransada da qrip epidemiyası əsasən iki bölgədə - “l'Ile-de-France və “Provence-Alpes-Côte d'Azur”da yayılıb. Bu virusun tezliklə digər şəhərlərə də yayılması ehtimal edilir, çünki bütün digər şəhərlərdə epidemiyanın əlamətləri görünür.
"Sherg.az" "sciencesetavenir.fr"ə istinadən xəbər verir ki, 2019-cu ilin 4 noyabrından etibarən 135 nəfərin ciddi qrip epidemiyasından əziyyət çəkdiyi bildirilirdi və onlardan artıq 11-i dünyasını dəyişib.
Hazırda Fransada qripə yoluxanlar arasında yaşı 50-ni keçənlərin sayı daha çoxdur. 65-dən yuxarı yaşı olan diabet, ürək və tənəffüs çatışmazlığından əziyyət çəkənlər ölüm riski üz-üzədirlər.
Fransa səhiyyə agentliyinin verdiyi məlumata görə, son bir həftə ərzində təcili tibbi yardıma qrip və qripə bənzər xəstəliklərlə bağlı 2500 müraciət daxil olub.
Onlardan 246-sı xəstəxanaya yerləşdirilib və müalicəsini xəstəxana şəraitində davam etdirir. Həkimlər qeyd ediblər ki, qripin qış epidemiyaları hələ də güclənməkdə davam edir.
Ümumdünya Səhiyyə Təşkilatı isə bəyan edib ki, bu vəziyyətdə qripə qarşı peyvənd kampaniyasına başlanılmalıdır, çünki ən effektiv profilaktika budur.