Bakıda azyaşlıya qarşı əxlaqsız hərəkət edən şəxs tutuldu

“Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsidə azyaşlıya qarşı əxlaqsız hərəkət etməkdə şübhəli bilinən şəxs tərəfimizdən tutularaq cinayət məsuliyyətinə cəlb edilib”. 

Bu barədə Oxu.Az-a Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, 1990-cı il təvəllüdlü F.Hüseynov barəsində Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə Xəzər RPİ İstintaq Şöbəsində cinayət işi başlanılıb:

“Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir”.