İsgəndər Həmidovun vəziyyəti çox ağırdır 


Sabiq daxili işlər naziri, Milli Azadlıq Hərəkatının liderlərindən olan İsgəndər Həmidovun ölümü ilə bağlı qeyri-səhih məlumat yayılıb.

Axar.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumat dərhal da təkzib edilib. Belə ki, İsgəndər Həmidovun qardaşı oğlu Şəhriyar Məcidzadə tanınmış jurnalist Elşad Məmmədliyə xəbərin yalan olduğunu, ancaq əmisinin vəziyyətinin ağır olduğunu deyib.

Qeyd edək ki, İsgəndər Həmidov 24 yanvardan komaya düşüb və hazırda süni tənəffüs aparatına qoşuludur. Həkimi Adil Qeybulla onun vəziyyətinin çox ağır olduğunu bildirmişdi.