ABŞ-da təyyarə qəzasında 5 nəfər ölüb


ABŞ-ın Alyaska ştatının Betel şəhəri yaxınlığında kiçik həcmli təyyarənin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb.

APA-nın məlumatına görə, yerli hüquq-mühafizə orqanlarından bildirilib ki, “Yute Air” aviaşirkətinə məxsus təyyarə Betel şəhərindən Kipnuk məntəqəsinə uçurmuş.

Təyyarədə bir pilot, dörd sərnişin olub. Onların hamısı qəzada ölüb.

Qəzanın səbəbləri araşdırılır.