Bakıda güclü külək ağacı evin üzərinə aşırdı - FOTO

Ötən gün axşam saatlarında başlayan güclü külək paytaxtın Nəsimi rayonunda ciddi fəsadlar törədib.

Oxu.Az xəbər verir ki, güclü külək şəhərin Nəsimi rayonu, Salatın Əsgərova 105 ünvanında irigövdəli ağacı evin üzərinə aşırıb.

Xoşbəxtlikdən xəsarət alan olmayıb. 

Hadisə nəticəsində evin dam örtüyünə ciddi ziyan dəyib. Əraziyə Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları cəlb olunub. Ağac aşması nəticəsində yaranan fəsadlar aradan qaldırılıb.