Azərbaycanda 26 yaşlı xanım deputat seçilib.
Oxu.Az-ın xəbərinə görə, bu, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən Milli Məclisə mandat qazanan Səbinə Xasayevadır.
Bu ilin martın 30-da onun 27 yaşı olacaq. Qeyd edək ki, S.Xasayevanın namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüşdü.
S.Xasayeva Lökbatan Bələdiyyəsində sədr müavinidir.
![](https://sherg.az/uploads/editor/48f1eff87cf816eefc9a8c8499a83290.jpg)