Türkiyənin Səhiyyə naziri Fahrettin Koca Twitter sosial şəbəkəsindəki paylaşımında xəbərdarlıqların istisnasız olaraq bütün hallarda etibarlı olduğunu xatırladaraq, koronavirusa güzəştə getməməyə qərarlı olduqlarını vurğulayıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, nazir Koca sözlərinə belə davam edib:
“Dekabrın 31-dən bəri mübarizəmizi güzəştə getməməyə qərarlıyıq. Diqqətinizə çatdırırıq ki, xəbərdarlıqlarımız bütün şərtlərdə istisnasızdır. Ümumi mənada birlikdə prosesi uğurla başa çatdıracağıq. Bu inancı güzəştə getməyək. Gəlin mübarizəmizin nəticəsinə diqqət edək".
Turan