"Türk Şurası Zirvə görüşünün Azərbaycan Prezidenti tərəfindən çağırılması və qardaş ölkə liderlərinin dərhal müsbət cavabı çox önəmli hadisədir".
Bunu "Sherg.az"a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib.
Partiya funksioneri bəyan edib ki, Türkdillji dövlətlərinin əməkdaşlıq şurasının “Türk Şurası” adlandırılması və ictimaiyyətə bu adla təqdim edilməsi çox xoş hadisədir:
"Nəhayət türk dövlətləri bir-birilərini qohum xalq deyil, eyni millətin nümayəndəsi kimi dərk etməyə başlayıblar. Bu görüşün çox mühüm əhəmiyyəti var. Pandemiya ərəfəsində bu ölkələr yalnız sıx əməkdaşlıq etməklə çətin durumdan maksimum itki ilə çıxa bilərlər".
Analitikin fikrincə, türk dövlətlərinin bir-birilərinə daha da sıx yaxınlaşması tarixi zərurətdir:
"Türk Şurası dövlətlərinin yeni əməkdaşlıq formatı müəyyən edilməlidir. Gələcəkdə “vahid iqtisadi və siyasi birlik “ əməkdaşlıq formatına keçilərsə, vahid türk xalqının formalaşması üçün böyük təkan olar. Türk Şurasının “Böyük Türk Bilrliyi”nə çevirilməsi üçün tarixi şəraitin yetişməsi üçün iqtisadi və siyasi zəmin var. Bu fürsətdən yaralanmalıyıq".