Türkdilli dövlətlərin vahid strategiyadan çıxış etmələri olduqca zəruridir - AKTUAL

"Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə zirvə görüşü türk dünyası üçün tarixi bir gündür".

"Sherg.az"ın xəbərinə görə, bunu millət vəkili Nəsib Məhəməliyev deyib.

Deputat bildirib ki, müasir dünyanın bugünki reallıqları ondan ibarətdir ki, koronovirus, qısa zaman kəsiyində dünyanın bütün ölkələrini bürüyüb: 



"Ölkələrarası sərhədlər bağlanıb, diplomatik, iqtisadi, mədəni, turistik əlaqələr kəsilib. Hətta Avropa Birliyi ölkələri uzun illər əvvəl götürülmüş sərhədləri bərpa ediblər. Virusun daha çox yayıldığı İtaliya, İspaniya kimi ölkələrə nəinki yardım etməkdən imtina ediblər, bəzi hallarda digər ölkələrdən göndərilən humanitar yardımları mənimsəməkdən çəkinməyiblər. Təbii olaraq həssas bir dövrdə, belə neqativ halların, dünya ölkələrinin nümunə götürdüyü birliyin daxilində baş verməsi, proseslərin heç də monolit olmadığını göstərir. Əsl dost çətin gündə tapılar".

Parlament üzvü təssüf hissi ilə qeyd edib ki, Türkdilli Dövlətlərin əməkdaşlıq təşkilatı uzun illər əvvəl formalaşsa da, müxtəlif səbəblərdən birliyin harmonik, stabil  inkişafını təmin etmək mümkün olmurdu: 

"Azərbaycan-Türkiyə-Qazaxıstan üçlüyünün iqtisadi, siyasi, mədəni və digər sahələrdə strateji əməkdaşlıqlarını çıxmaq şərti ilə digər ölkələrlə münasibətdə vaxtaşırı müəyyən boşluqlar nəzərə çarpırdı. Təbii ki, ikitərəfli və çoxtərəfli münasibətlərdəki bu sistemsizlik ümumi işə ziyan gətirirdi. Son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq nüfuzu, uzaq gələcəyə hesablanmış siyasəti türk dünyasının inkişafına, inteqrasiyasiyasına, genişlənməsinə hesablanmış siyasətdir. Hazırda bir çox dünya ölkələri öz aralarında uzun illər mövcud olmuş iqtisadi əlaqələri pozaraq, ticarətdə proteksionist siyasət yürüdür. Bir-birilərinə qarşı maliyə sanksiyaları, müxtəlif əsassız tariflər, gömrük rüsumları tətbiq etməklə, ənənəvi bazarlardan çıxarırlar. Nəticədə güclü daha çox güclənir, zəif isə daha da zəifləyir".

N.Məhəməliyevə görə, belə bir vəziyyətdə Türkdilli dövlətlərin vahid strategiyadan çıxış etmələri, pandemiya ilə mübarizədə bir- birilərinə maddi və mənəvi dəstək vermələri olduqca zəruridir: 

"Bu birliyin dünya miqyasında hərtəfəfli inkişaf etmiş, güclü bir varlığa çevrilməsi üçün kifayət qədər təbii sərvətlər, insan resursları, kadr potensialı, nəqliyyat- loqistika infrastrukturu mövcuddur. Macarıstanın timsalında Avropadan tutmuş, Türkiyə, Azərbaycan vasitəsilə Qazaxıstan və orta Asiya dövlətlərini özündə cəmləşdirən böyük bir coğrafiyada məskunlaşmış türkdilli millətlər, müasir dünya sivilizasiyasına əhəmiyyətli töhfələr verə bilər. Mövcud milli, irqi, dini ayrı seçkiliklərin, ədalətsizliklərin qarşısı alınar. Zirvə görüşündə, dövlət başçılarının, ümumdünya səhiyyə təşkilatının Baş direktorunun çıxışlarında səsləndirilən fikirlər və gözəl təşəbbüsə görə, cənab Prezident İlham Əliyevə edilən təşəkkürlər, bu birliyin daha da güclənməsində Azərbaycanın rolunun nə qədər vacib olduğunun əyani sübutudur. Bu bir ilkdir, tarixdir. Davamlı olsun".