Vətəndaşlar da razılaşır ! – Azərbaycanda xidmətlər “ASAN”laşıb

Cənab Prezident İlham Əliyev Ağcabədidə “ASAN Həyat” kompleksi açılışında iştirak edib. Ölkə başçısı açılışda bir sıra mühüm məsələlərə toxunub. Prezident qeyd edib ki, “ASAN Xidmət”in timsalında  ölkəmizin ictimai xidmətlər sahəsində inqilabi dəyişikliklər baş verdi: 

“ASAN xidmət” ictimai münasibətlərdə tamamilə yeni fəlsəfənin tətbiq edilməsidir. Bugünkü könüllülər sabahın rəhbərləridir. “ASAN xidmət” Azərbaycan hakimiyyətinin müasir yanaşmasını nümayiş etdirir”.

 “Sherg.az”a açıqlamasında bildirib ki, “ASAN Xidmət” Azərbaycan üçün yeni bir modeldir. 
Onun sözlərinə görə, artıq bir neçə ölkə tərəfindən “ASAN Xidmət” modelinin öyrənilməsi və təqdim olunması həyata keçirilir:

“Bu baxımdan “ASAN Xidmət” elektronlaşma sahəsində bu gün beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən modellərdən biridir. Təbii ki, “ASAN Xidmət” prosedurların azaldılmasını, vətəndaşların və sahibkarların qısa zamanda az prosedurdan keçməklə korrupsiyasız xidmətlərə çıxış imkanlarını verdi. Bu, korrupsiyaya qarşı mübarizə tədbiri kimi kifayət qədər səmərəli və effektiv qurumdur”.

Deputat qeyd edib ki, bu gün Azərbaycanda hər bir vətəndaş razılaşır ki, “ASAN Xidmət” korrupsiyasız, şəffaf, vətəndaş məmnunluğuna xidmət edən bir layihədir:

“Bu da vətəndaşların və sahibkarlarımızın dövlət qurumlarının təklif etdiyi xidmətlərə çıxış imkanlarını genişləndirdi. “ASAN Xidmət” cənab Prezidentin təşəbbüsü ilə yaradılan layihədir. Daimi olaraq ölkə başçısı “ASAN Xidmət”in təkmilləşdirilməsi və fəaliyyətini genişləndirməsinə xüsusi diqqət ayırır. Bu da “ASAN Xidmət”in əhatə dairəsinin genişlənməsinə gətirib çıxaracaq. Artıq bölgələrimizin çoxunda vətəndaşlarımız “ASAN Xidmət”dən istifadə edirlər. “ASAN Xidmət”in genişlənməsi şəffaflığın daha da artılıması anlamına gəlir. Gələcəkdə inkişaf etməkdə olan daha çox ölkələrin “ASAN Xidmət” modelindən istifadə imkanları olacaq. BMT tərəfindən də bunun təşviq edilməsi ondan xəbər verir ki, inkişaf etməkdə olan ölkələr “ASAN Xidmət” modelinin öyrənilib öz ölkələrində tətbiq edilməsində maraqlıdırlar”.