Prezidentin tibbi maska istifadə etməsi təqdir edildi: “Nümunəvi addımdır”

“Ölkə başçısı bu mesajı ilə əhalini də qaydalara əməl etməyə çağırdı”


Prezident İlham Əliyev iyunun 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib.
 Dövlət başçısına muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verilib. 
  Prezident açılış mərasimində tibbi maska ilə iştirak edib. Bu, onu deməyə əsas verir ki, digər vətəndaşlar da dövlət başçısının bu ismarıcından dərs almalıdırlar.

  Millət vəkili Fazil Mustafanın fikrincə, sözügedən təşəbbüs təhlükəni real qiymətləndirə bilməyənlər üçün bir mesaj idi: 
"Cənab İlham Əliyev özü tibbi maska taxmaqla, əhalini də qaydalara əməl etməyə çağırdı. Bu, nümunəvi və təqdirediləsi addımdır. Kamil adam vəziyyəti başa düşür. İlluziyalarla yaşayana isə nə qədər desən də, xeyri olmur. Məhz onların ucbatından yoluxanların sayı artır. Karantin qaydalarının yenidən sərtləşdirilməsinin, şənbə və bazar günləri küçəyə çıxma qadağasının tətbiq edilməsinin də təqsirkarı belələridir. Kimsə beş manat çörək bu cür məsuliyyətsiz insanlara görə məhrum olur. Belə hallara yol vermək olmaz. Heç kim virusdan sığortalanmayıb".