Məktəblidən Prezidentə: “Siz hər bir azərbaycanlının Prezidentisiniz”

Koronavirus pandemiyasının bütün dünyada tüğyan etdiyi bir vaxtda Azərbaycan əhalisinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Azərbaycan vətəndaşları dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.
Qusar rayonunun Yasaboba kəndindən şagird Yaşar Şahbazov yazır:

“Əziz Prezidentim, əvvəla Sizə ailənizlə birgə cansağlığı arzulayıram. Koronavirusla mübarizənin birinci mərhələsində qalib gəldiyimizə görə Sizə sonsuz təşəkkürümü bildirirəm. Sizin qabaqlayıcı tədbirləriniz sayəsində itkilərimiz digər ölkələrlə müqayisədə çox-çox aşağıdır. Biz hər zaman Sizin tapşırıqlarınıza və tövsiyələrinizə diqqətlə qulaq asır, onlara riayət edirik. Karantin dövründə anamla çox vaxt keçirdim, maraqlı "Evdə qal!" videolarını hazırladıq. Cənab Prezident, televizorda çıxışlarınızı daim izləyir, Sizi gördüyümə çox sevinir, Sizə diqqətlə qulaq asıram. Mənim ən böyük arzum maksimum balla ali məktəbə qəbul olmaqdır. Bunun üçün səylə çalışıram, əlaçıyam, kitabxananın fəal oxucusuyam. Gələcəkdə yol polisi olmaq istəyirəm. Anam deyir ki, hansı peşənin sahibi olsam da, Sizin qayğınızı hiss edəcəyəm. Məncə, o, haqlıdır. Çünki Siz hər bir azərbaycanlının Prezidentisiniz”.