Bakıda polislər hamilə qadına yardım edib (VİDEO)


Bakıda polislər hamilə qadını tibbi mərkəzə çatdırıblar.

Trend-in məlumatına görə, hadisə ötən gün axşam saatlarında paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib.

Vətəndaş axşam saat 23:30 radələrində Xəzər Rayon Polis İdarəsinin (RPİ) ərazidə xidmət aparan əməmdaşlarına yaxınlaşaraq 1985-ci il təvəllüdlü həyat yoldaşının vəziyyətinin pisləşdiyi barədə məlumat verib.

Polis əməkdaşları dərhal xidməti avtomobilləri ilə həmin vətəndaşları 1 saylı Kliniki Tibbi Mərkəzin ginekologiya şöbəsinə çatdırıblar.