Ərdoğandan Trampa: İğtişaşları PKK alovlandırır


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Tərəflər söhbət zamanı ikitərəfli əlaqələr, Liviyadakı və regiondakı son siyasi vəziyyəti müzakirə ediblər.

Bildirilib ki, Ərdoğan ABŞ-da son günlər baş verən qarşıdurmalarla əlaqəli ünsürlərin Suriyadakı PKK/PYD-YPG qruplaşmaları ilə əməkdaşlığından dolayı narahatlığını qarşı tərəfə çatdırıb.