Türkiyədə koronavirusa yoluxanların sayı 172 mini keçdi

Bu gün Türkiyədə koronavirusdan daha 18 nəfər ölüb.
Bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında məlumat yayıb.
Bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 4 729 nəfərə çatıb.
Son sutka ərzində koronavirusa 993 nəfər yoluxub. Beləliklə, Türkiyədə COVID-19-a yoluxanların ümumi sayı 172 114 nəfər olub.