“Ermənistanda pandemiya ilə bağlı vəziyyət təhlükəli həddədir” – Nə pul var, nə də həkim !

Ermənistanda koronavirusla bağlı vəziyyət olduqca gərgindir. Virusa yoluxanların və ölənlərin sayında ciddi artım var. 
Hətta Rusiya mətbuatı da Ermənistandakı “koronavirus cəhənnəmi”ndən yazıb.

Şimal qonşumuzun "Lenta.ru” saytı yazır ki, ölkədə xəstəlik pik həddə keçib, ağır şəkildə olan xəstələrin sayı fantastik həddə yüksəlir, səhiyyə sisteminin resursları isə bunun müqabilində tükənmək üzrədir. Hakimiyyət isə bütün bunların fonunda küçələrdə maska taxmayan vətəndaşları sosial şəbəkələrdə utandırmaqla məşğuldur.

Hətta vəziyyət o həddə gəlib çatıb ki, Ermənistan Səhiyyə Nazirliyi beynəlxalq təşkilatlardan koronavirusla mübarizə üçün yardım istəyib. Həmçinin Litva və Gürcüstan həkim briqadalarını Ermənistana yardım üçün göndərib.



Baş verənləri “Sherg.az”a şərh edən millət vəkili Tahir Kərimli bildirib ki, Ermənistan xalqının böyük əksəriyyəti şovinist və millətçi xəsətliyinə yoluxub:

“Lakin Azərbaycan xalqı o qədər humanistdir ki, düşməni mərdanə öldürməyin tərəfdarıyıq, amma bütün ölkədə olan virus bəlasına sevinmərik. Ermənistan xırda bir dövlətdir, virusa yoluxanların və ölənlərin sayında digər dövlətlərlə xeyli fərqlər var.

Ermənistan daim yardımlar, ianələrlə yaşayan bir dövlət olub. Vaxtaşırı olaraq Amerikada, Rusiyada ianələr toplayıb kömək umurlar, ya da varlı ermənilər dövlət büdcəsinə pul köçürürlər. Xəstəlik bir yana, ermənilər son dövrlər ianə də vermirlər. Ona görə də Ermənistanda maliyyə qıtlığı yaranır, digər yandan xəstəlik çoxalmaqdadır”.

T.Kərimli bildirib ki, Ermənistanın səhiyyə infrastrukturu və həkim heyəti yoxdur:

“Onlar daim yüksək millət olduğunu deyirlər. Amma “yüksək” millətin tibb heyəti, lazım olan xəstəxanaları, aparatları yoxdur.  Ona görə də Ermənistan çətin vəziyyətdədir, əlacları qalıb ki, bir az reverans etsinlər və yenidən Rusiyaya yalvarıb kömək istəsinlər. Əvvəla Rusiyanın özündə koronavirusla bağlı vəziyyət yaxşı deyil. Digər tərəfdən ermənilər o qədər ikiüzlülük ediblər ki, Rusiya onlara kömək etmək istəmir. Hətta Rusiyanın çoxlu sayda rəsmi mətbuatında xeyli sayda yazılar var. Ermənilər hər zaman qibləsini dəyişən millət kimi təqdim olunur. Hesab edirəm ki, Ermənistanda pandemiya ilə bağlı vəziyyət çox təhlükəli həddədir”.