Gürcüstan Prezidenti Ermənistanın Azərbaycana növbəti hərbi təcavüzündən narahatdır


Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların yenidən başlamasından çox narahatam.

AZƏRTAC xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili rəsmi “Twitter” səhifəsində yazıb.

Cəbhə xəttindəki vəziyyətin ürəkaçan olmadığını vurğulayan Prezident yazır: “Bölgəmizdə sabitlik və sülh bizim ortaq işimiz olmalıdır”.