Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını  təbrik edib


Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, nazirliyin “Twitter” səhifəsində paylaşılan təbrikdə deyilir:

“Qardaşımız, əzizimiz, Azərbaycanımız.

Müstəqillik gününüz mübarək.

Dağlıq Qarabağı erməni işğalından qurtarmaq üçün apardığınız əməliyyatda qardaşlarınız kimi sizinləyik və həmişə sizinləyik.

Tək Millət - İki Dövlət olaraq sonsuza qədər qalacağıq!”