Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib.
Mehriban Əliyevanın rəsmi “Instagram” hesabında etdiyi paylaşımda deyilir:
“Bu gün - 12 dekabr müstəqil Azərbaycanın inkişafında misilsiz xidmətləri olan dahi şəxsiyyət Heydər Əliyevin anım günüdür. Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm. Ölkəmizə sülh və tərəqqi arzulayıram”.
![](https://sherg.az/uploads/editor/cf3c9f8fbd10333bb2640d18f2bc1669.jpg)