Qazax rayon Daş Salahlı kənd sakini Kosayeva Sevil Fərhad qızı Azərbaycan xalqına müraciət edib. O, övladı Əhmədov Ülfət Niyazi oğlu ilə bağlı kömək istəyib. Xanım Kosayeva qeyd edib ki, 31 yaşlı oğlu 2015-c ildə ağır avtomobil qəzası keçirib və övladının beyin kökü zədələnib.
Nəticədə onun yeriməyində və nitqində ciddi qüsurlar əmələ gəlib. Ağır fiziki və psixoloji travmalar alan Ülfət özünü cəmiyyətdən təcrid edir. Ailəsinin illərdir, sevinc hissindən məhrum olduğunu söyləyən ana onu da bildirib ki, oğlunun səhhəti hər ötən gün daha da pisləşir.
Ölkəmizdə müalicə etdirmələrimə rəğmən arzuolunan nəticə əldə olunmayıb. Həkimlərin söylədiyinə görə, onun Türkiyə, Almaniya və İsraildə müalicəsi mümkündür.
Kasıb bir kəndli ailəsi olmalarını nəzərə alsaq, buna maddi durumları imkan vermir. Odur ki, Ülfətin müalicələrini davam etdirməsi üçün bu ailəyə yardım əlinin uzadılması xahiş olunur.
Gəlin, bu gəncə dəstək göstərib, onun sağlığına qovuşmasına nail olaq və illərdir, təbəssüm, gülüş üzünə həsrət qalan ailəni sevindirək.
Aşağıdakı videonu izləyib, ananın fəryadını eşidək.
Bu kart Ülfətin atası Niyazi Əhmədova məxsusdur.