Naşir ortaya FAKT qoydu:"Bu rayonlarımızda İran radioları yer alır"

"Masallıdan sonra Cəlilabad, Biləsuvar, Salyan və Qobustan rayonlarından keçib Bakıya çatırsan. Yeni çəkilən yol çox rahatdır. Adam ətrafa baxa bilir, üstəlik bəzən radiosunu da dinləmək istəyirsən. Amma bu ərazilərdə bizim FM dalğasında Azərbaycan radioları deyil İran radioları yer alır".
"Sherg.az" xəbər verir ki, bu barədə “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu öz Feysbuk hesabında yazıb. Naşir bunun məəttəl qalmalı iş olduğunu qeyd edib:
"Necə ola bilər öz ərazində, öz yolunda öz radiolarını dinləyə bilməyəsən? Bu, nəylə bağlıdır? Niyə bizim dalğalar İran sərhəddinə yaxınlaşanda sıradan çıxır? Buna hansı qurumlar məsuliyyət daşıyır?!"