"Gözlənilən oldu. Tarixi Şuşa bəyannaməsi Azərbaycanın, o cümlədən Qarabağın təhlükəsizliyini Türkiyənin təminatı altına aldı."
Bu barədə "Sherg. az"a politoloq Elxan Şahinoğlu bildirib.
Ekspert qeyd edib ki, bu erməni separatizminə və onun havadarlarına ciddi xəbərdarlıq mahiyyəti daşıyır:
"Qarabağın istənilən məntəqəsinə hücum edib işğal etmək istəyən qüvvə bundan sonra Azərbaycanla yanaşı qarşısında Türkiyəni də görəcək. Türkiyənin Azərbaycanda – Qarabağda formalaşdıracağı hərbi bazalar məmləkətimizin təhlükəsizlik təminatını daha da möhkəmləndirəcək. Türkiyənin Şuşada açacağı baş konsulluğu tarixi şəhərimizin təhlükəsizliyinə faydası olacaq. İndi Türkiyə ilə birgə Qarabağdakı birgə fəaliyyətimizi ön nöqtəyə gətirməliyik ki, 5 ildən sonra bölgədə rusiyalı hərbçilər də qalmasın".