Azyaşlılarda mədə-bağırsaq pozğunluğu: Bu koronadırmı? - İzah 

Havaların hədsiz isti keçməsi azyaşlılar arasında mədə-bağırsaq pozğunluğunu artırıb. Bəzi uşaqlarda bu, hərarət, öskürək, qaytarma, qarın işləməsi ilə müşayət olunur.  Pediatr Vqif Qarayev “Şərq”ə açıqlamasında  son bir neçə gündə qarın ağrısı, mədə-bağırsaq pozğunluğu şikayəti ilə müraciətlərin artdığını dedi: 

-Mədə-bağırsaq pozğunluğu çoxalıb uşaqlar arasında. Analar qorxmasın. “Covid” deyil. Mövsümi viruslar baş qaldırır. Çoxdandı itmişdilər. Bu viruslar hər il, mövsümün bu vaxtı baş qaldırır. 

Amma keçən il olmadı. Çünki koronavirus digər virusları sıxışdırıb aradan çıxartmışdı.  Bu il yenidən ənənəvi viruslar boy göstərir, görünür, koronavirus öz gücünü itirir. Əlamətlər istidən yox, isti havada baş qaldıran xəstəliktörədicilərdən yaranır. Həkim qeyd etdi ki, hər il usaqlar 2-3 gün bu xəstəliyə tutulur.  İstidəndi.

Hava həddən artıq isti olanda nəinki uşaqlarda, böyüklərlərdə də mədə-bağırsaq pozğunluğu yarana bilər. Amma valideynlər belə hallar yaşandıqda sahə həkiminəmüraciət etsin. Hər uşağa fərdi yanaşılmalıdır. 

“Adi mədə-bağırsaq pozuntusudur, istidəndi”, deyib, özbaşına müalicəyə başlamasınlar. Hər virusun öz müaicə-profiaktika üsulu var. Mədə-bağırsaq pozğunluğunun səbəbləri, əsasən aydındır.

Hava isti keçir, uşaqların da suya tələbatı artır. Davamlı su, maye qəbul etmək istəyirlər, bəzən soyuq, bəzən ilıq su içirlər. İstidə iştah da olmur. Ana istəyir, usage sərinlikdə yatırtsın.

Bu zaman da uşaq soyuqlayır. İsti havada adi, gnlük rejimin pozulması gözləniləndi. Yenə də analar ehtiyatlı olsunlar. Tanıdıqları həkimlə məsləhətləşsinlər.