Qubada şagirdlər bərbad vəziyyətdə olan məktəbdə təhsil alır - FOTO


Quba rayonunun Qrız kəndində qəzalı vəziyyətdə dərs keçirilir.

Bu barədə foto sosial şəbəkələrdə yayılıb.

Daxmada şagirdlərin təhsil alması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Oxu.Az-ın məlumatına görə, artıq Quba rayon Qrız kəndində yeni modul tipli məktəb tikilib.

Gələn həftədən şagirdlər dərslərini yeni məktəbdə davam etdirəcək.