Nazir yeni idarə rəisi təyin etdi


Şəmkir Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı mədəniyyət naziri Anar Kərimov əmr imzalayıb. 

Əmrə əsasən, Azər Rəcəbov bu vəzifəyə təyinat alıb.

Qeyd edək ki, A.Rəcəbova qədər bu vəzifəni Zöhrab Adıgözəlov icra edib.

Mədəniyyət Nazirliyindən məlumat saytımıza təsdiq edilib.